Kağız daşıyıcıda olan ödəniş sərəncamlarının üzərində vurulan ştampda təchizatçının (filial və ya şöbənin) adı və ştampın vurulma tarixi əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Eyni əməliyyat günündə bir ödəniş xidməti istifadəçisi tərəfindən icraya təqdim olunan ödəniş sərəncamları təkrarlanmayan nömrəyə malik olmalıdır. Ödəniş sərəncamlarının icra müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959-cu maddəsi və Qanunun 29-cu maddəsi ilə tənzimlənir. İcraya qəbul edilmiş ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir.