Vəsait alana nağd pul təqdim edildikdə və ya pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edildikdə pul köçürməsi başa çatmış hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Pul köçürməsi üzrə nağd pul ödəniş hesabı olmayan vəsait alana onun şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Vəsait alanın təchizatçısının məsul şəxsi pul köçürməsinin başa çatmasını təsdiqləyən sənədi (kağız daşıyıcısında olduqda) öz imzası və ştampı ilə təsdiq edərək vəsait alana təqdim edir. Sənədin vəsait alan tərəfindən imzalanmış bir nüsxəsi təchizatçıda saxlanılır.