Eyni texniki dəhlizdən keçən kommunikasiyaların fiziki şəxslərə mənsub olan müəssisələrində texniki dəhlizin qonşu obyektlərində baş verən qəzaların qarşısının alınması üzrə zəruri tədbirləri nəzərdə tutan plan olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Həmin plan eyni dəhlizdən keçən kommunikasiyaları istismar edən bütün müəssisələrlə razılaşdırılmalı və qəza-bərpa işlərində onların birgə iştirakını nəzərdə tutmalıdır.