Soyuducu vitrində ət və ət məhsullarının yaxşı görünməsi məqsədi ilə quraşdırılan işıqlandırma lampaları qoruyucularla təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Müəssisədə istifadə olunan ləvazimatlar (avadanlıq və alətlər) hər iş gününün sonunda yuyucu məhlullarla yuyulub təmizlənməli və qurudulmalıdır.