Təmassız ödəniş əməliyyatı kart məlumatlarının təmassız texnologiyalar vasitəsilə radiotezliklərlə ötürülməsi ilə həyata keçirilən ödəniş əməliyyatıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Büdcə təsnifatının kodu Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasının rəqəmlə ifadəsidir.