Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseynov Mirsaleh Firdovsi oğlu saxlanılıb.

DİN-dən Heftelik.az-a bildirilib ki, ilkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

saat 22.40

Bu gün saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbiristanlıqda 22 yaşlı Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Heftelik.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.