İngiltərənin “Brayton” klubu 24 yaşlı türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.
Heftelik.az-ın məlumatına görə, Fərdi Kadıoğlu 30 milyon avro qarşılığında “Fənərbağça”dan “Brayton” transfer olub.
Sol cinah müdafiəçisi 5+1 il olmaqla Premyer Liqa klubunun şərəfini qoruyacaq.
“Fənərbağça” futbolçunun performansına bağlı olaraq əlavə 5 milyon avro əldə edə biləcək. “Brayton” Türkiyə millisinin üzvünü gələcəkdə başqa kluba satacağı halda isə əldə etdiyi gəlirin 10 faizini İstanbul klubuna verməli olacaq.
Qeyd edək ki, “Fənərbağça”nın heyətində 6 mövsü keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə “sarı-lacıvərdlilər”lə Türkiyə kubokunu qazanıb.
Fərdi Kadıoğlu “Galatasaray”-dan Münhenin “Bayern” klubuna 30 milyona satılmış Saşa Boeyin rekorduna ortaq olub.