Yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətinin ölçüsünün hesablanmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşıyıcı yükün itirilməsinə və ya zədələnməsinə görə aşağıdakı ölçüdə məsuliyyət daşıyır:
– yükün itirilməsinə görə — itirilmiş yükün dəyəri miqdarında;
– yükün zədələnməsinə görə — yükün dəyərinin azalmasının məbləği miqdarında;
– qiyməti elan edilməklə daşınma üçün qəbul edilmiş yükün itirilməsinə görə — yükün elan edilmiş qiyməti miqdarında.