Kontrstaliya vaxtına istirahət günləri, dəniz limanında iş günü hesab edilməyən, rəsmi qaydada müəyyən edilmiş səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü bayram günləri, habelə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmada yaranan fasilələr daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşıyıcıdan asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt kontrstaliya vaxtına daxil edilmir. Bu Məcəllədə müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir.