Alınan sərəncamı gəmidə olan başqa yüklərin sahiblərinə zərər vurmadan icra etmək mümkün olmadığı halda da gəmi kapitanının belə hərəkət etmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Daşıyıcının yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamını ağlabatan müddət ərzində gözləməsi ilə bağlı xərclərin və yük üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə, habelə yükün daşındığı faktik məsafəyə mütənasib olan məbləğdə fraxt almaq hüququ var.