Konosamentin hansı qaydaların gözlənilməsi ilə başqasına verildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Konosament aşağıdakı qaydaların gözlənilməsi ilə başqasına verilir:

– adlı konosament adlı verilmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada başqasına verilə bilər;

– orderli konosament adlı və ya blank verilmə qeydi üzrə başqasına verilə bilər;

– təqdim edənə (adsız) konosament sadə təqdim edilmə yolu ilə başqasına verilə bilər.