Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İş yerlərinin attestasiyasının nəticələri əsasında müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş yerlərinin əməyin mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.