Sərnişinin hüququ açıqlanıb

27 Avqust 2024, 08:12

Sərnişinin hüququ açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Sərnişinin aşağıdakılara hüququ vardır:

–  özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz (xarici sərnişin xətlərində isə güzəştli tariflə) aparmaq. Beş yaşına çatmamış digər uşaqlar, beş yaşından on iki yaşına qədər uşaqlar üçün qanunvericiliklə güzəştli daşınma tarifləri tətbiq edilir;

– müəyyən edilmiş normalar həddində pulsuz kayut baqajını aparmaq.