Sığorta müqaviləsinin nəzərdə tutulmuş qaydada bağlandığı halda sığortaçı sığortalıya sığorta şəhadətnaməsi verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Bu Qaydaya uyğun olaraq təqdim edilən sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş, sığorta müqaviləsinin bağlanması və sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimlənmə qaydasını, sığorta təminatına daxil olan riskləri, sığorta hadisəsi hesab edilməyən hadisələri, sığorta təminatına dair məhdudiyyətləri, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu, sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərə və sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarına dair məlumatları, həmçinin özünün və nümayəndəsinin əlaqə məlumatlarını əks etdirən yaddaş vərəqinin elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini təmin etməlidir.