Sığorta ödənişinin verilməsindən imtinanın əsasları məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

– baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədikdə;

– sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu Qaydanın 14.2-ci bəndində nəzərdə tutulmuş halda isə sığortaçı müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

– sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;

– Mülki Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalı hadisənin baş verməsinə yönələn qəsdən hərəkət və ya hərəkətsizlik etdikdə, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətdikdə.