Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Heftelik.az-a verilən məlumata görə, Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub.
O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.
Yücel Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.