Xüsusilə nələrin ümumi qəza hesab edildiyi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Xüsusilə aşağıdakılar ümumi qəza hesab edilir:

– yükün gəmidən kənara atılması, habelə ümumi təhlükəsizlik naminə əmlakın qurban verilməsi nəticəsində, xüsusilə yükün atılması üçün açılan lüklardan suyun anbarlara dolması nəticəsində gəmiyə və ya yükə vurulan zərər;

–  gəmidə baş verən yanğının söndürülməsi nəticəsində gəmiyə vurulan zərər, o cümlədən bu məqsəd üçün yanan gəminin sahilə atılmasından və ya suya batırılmasından vurulan zərər;

–  gəminin qəsdən saya oturdulması nəticəsində gəmiyə və ya yükə dəyən zərər;

– gəmi saydan çıxarılarkən gəmi mühərriklərinin, digər maşın və ya mexanizmlərinin zədələnməsi nəticəsində vurulan zərər;

– saya oturmuş gəmini yüngülləşdirmək məqsədi ilə gəmidəki yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidən lixterlərə yüklənməsinə və sonradan yenidən gəmiyə yüklənməsinə çəkilən fövqəladə xərclər, habelə bunun nəticəsində vurulan digər zərər.