Yükün daşınması üçün bütün gəmi verilmədikdə və təyinat limanında yükalan bu yükü tələb etmədiyi və ya ondan imtina etdiyi, yaxud yükün müəyyən edilmiş vaxtda boşaldılmasına mane olan ləngitməyə yol verdiyi hallarda, daşıyıcının yükgöndərənə və ya fraxtedənə, habelə ona məlumdursa, yükalana bildiriş verməklə yükü, yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin hesabına və riskinə anbara və ya başqa etibarlı yerə saxlamaya təhvil verməyə hüququ var.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.