Daşıma və yenidən yükləmə zamanı yükün tam saxlanılmasını təmin etmək üçün tarada daşınmalı və (və ya) qablaşdırılmalı olan yüklər daşımaya lazımi tara və (və ya) qablaşdırma vasitələrində təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yükgöndərən yükü lazımi qaydada markalamalı və yük barəsində daşıyıcıya bütün zəruri məlumatları təqdim etməlidir. Yük xüsusi rəftar tələb etdiyi halda, yükgöndərən daşıyıcını yükün xüsusiyyətləri və onunla rəftarın qaydası barədə məlumatlandırmalıdır.