Daşıyıcıya çatacaq bütün haqlar yükgöndərən və ya fraxtedən və ya onların səlahiyyətləndirdiyi digər şəxs tərəfindən ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yükgöndərən və ya fraxtedənə daşıyıcı arasında olan razılaşmada nəzərdə tutulduqda və belə məlumatlar konosamentə daxil edildikdə, haqların yükalana və ya onun səlahiyyətləndirdiyi digər şəxsə ötürülməsinə yol verilir.