Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə, yükün boşaldılması və saxlamaya təhvil verilməsi daşıcıyı tərəfindən staliya və kontrstaliya vaxtı bitdikdən sonra və staliya və kontrstaliya vaxtı ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin başqa sərəncamının olmaması şərti ilə, həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.