Əgər məsuliyyət daşıyıcı və faktiki daşıyıcının üzərinə düşürsə, bu halda onların məsuliyyəti birgə olur.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə daşıyıcıdan və faktiki daşıyıcıdan tutulmalı olan məbləğlərin cəmi bu Məcəllədə nəzərdə tutulan məsuliyyət həddindən çox olmamalıdır. Bu Məcəllədə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-birinə reqress hüququna toxunmur.