Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər aşağıdakı hallarda ümumi qəza hesab edilir:
– ümumi təhlükəsizlik naminə görülən əməliyyatın bir hissəsi kimi yerinə yetirildikdə, əgər tədbirlər ümumi dəniz müəssisəsindən kənarda yerinə yetirildiyi halda tərəflərə xilasetmə üçün mükafat almaq hüququ verərsə;
– bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda (Gəminin sığınacaq yerinə daxil olması nəticəsində yaranan ümumi qəza) gəmi limana və ya sığınacaq yerinə daxil olduqda və ya çıxdıqda;
– bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi limanda və ya sığınacaq yerində ləngidikdə. Gəmidən dənizi çirkləndirən maddələrin faktik axması və ya axıdılması ilə əlaqədar vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən əlavə tədbirlərə çəkilən xərclər ümumi qəza hesab edilmir;
– yükün boşaldılması, anbara yığılması və ya yenidən gəmiyə vurulması ilə bağlı, əgər göstərilən əməliyyatlara çəkilən xərclər ümumi qəza hesab edilirsə.