Əgər sığortalı və ya faydalanan şəxs qəsdən və ya kobud ehtiyatsızlığı səbəbindən zərərin qarşısını almaq və ya azaltmaq üçün tədbirlər görməyibsə, sığortaçı vurulan zərərə görə məsuliyyətdən azad edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Sığortaçı sığortalının və ya faydalanan şəxsin tələbi ilə sığorta məbləği miqdarında sığorta şərtləri ilə təmin edilən ümumi qəza üzrə ödənişlərin verilməsinə təminat təqdim etməlidir.