Müəllimlərin işə qəbulu üzrə müsabiqədə məhz hicablı olduğu üçün kimlərinsə kənarlaşdırılması iddiasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlaması zamanı deyib ki, bu tip əsassız iddialar bütün MİQ üzrə müsahibələrdən sonra olur.
“Biz dini, cinsi ayrı-seçkiliyə qarşıyıq”, – deyə o qeyd edib.