İlk tibbi yardımın göstərilməsi üzrə təlimləri (məşğələləri) tibbi heyətlə müəssisənin səlahiyyətli mühəndis-texniki işçiləri vaxtaşırı olaraq birlikdə aparmalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Müəssisədə (obyektdə) ilk tibbi yardım üzrə təlimlərin (məşğələlərin) təşkili, müəssisənin rəhbərliyinin, sahə və sex rəislərinin (digər cavabdeh şəxslərin) üzərinə düşür.