İraqın Kərbəla şəhərində ziyarətdə olan daha bir Azərbaycan vətəndaşı vəfat edib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Bakı şəhər Sabunçu rayon sakini Hacı Dəyanət bu gün Kərbəlada dünyasını dəyişib.
Onun harada dəfn ediləcəyi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Kərbəlada ziyarətdə olan daha iki Azərbaycan vətəndaşı vəfat edib. Onlar həmin şəhərdə dəfn ediliblər.