Növü və çeşidi çarterdə müəyyən edilmiş yük digər növ yükə yalnız daşıyıcının razılığı ilə dəyişdirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yükgöndərən dənizlə yük daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və məlumatları, o cümlədən liman, gömrük, sanitar və digər inzibati qaydalara müvafiq olaraq yük barədə tələb olunan bütün sənədləri vaxtında daşıyıcıya verməlidir və belə sənədlərin, habelə məlumatların vaxtında verilməməsi, düzgün olmaması və ya tam tərtib edilməməsi nəticəsində vurulan zərərə görə daşıyıcı qarşısında məsuliyyət daşıyır.