Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, parataekvondoçu Röyalə Fətəliyeva Fransa paytaxtındakı yarışa qatılmayacaq.

Buna 52 kq çəkidə çıxış edən təmsilçimizin zədəsi səbəb olub. Röyalə Parisə yollanan heyətdən çıxarılıb. Bu üzdən də millimiz Paralimpiadada 19 deyil, 18 təmsilçi ilə çıxış edəcək.

Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək yarış sentyabrın 8-dək davam edəcək.