Fransada Telegramın yaradıcısı Pavel Durovun məhkəməyə gəlmək üçün polis nəzarətindən azad edilməsi barədə qərar qəbul edilib.

xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Qərar istintaq hakimi tərəfindən qəbul edilib.

Qeyd olunub ki, P.Durov qeyri-qanuni kontentlə bağlı araşdırmalarda hakimiyyətlə əməkdaşlıqdan imtina etdiyinə görə saxlanılıb.

İnformasiyaya görə, hakim Durovun ilkin sorğu-sual və ittiham elan edilməsi üçün polis nəzarətində saxlanılmasını dayandırıb.

***

saat 18.25

Bu gün “Telegram”ın yaradıcısı Pavel Durov Paris məhkəməsinə gətirilib.

Heftelik.az-ın  BFMTV-yə istinadən verdiyi məlumata görə, Pavel Durovun öz telefonuna giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.

Paris məhkəməsi “Telegram”ın yaradıcısı Pavel Durovu azad edib.

Hakim Pavel Durovun “ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə” polis nəzarəti altında qalmasına xitam verib.

O, məhkəmə zalından azad olunub.

Qeyd edək ki, avqustun 24-də “Telegram” messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb. Parisə Bakıdan şəxsi təyyarəsi ilə rəfiqəsi və mühafizəçisiylə birgə gələn Pavel Durov Le-Burje aeroportunun eniş zolağında dərhal saxlanılıb.

Rusiya vətəndaşı olmuş Durov Fransa 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.