Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.

Heftelik.az-ın məlumatına görə, bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-dan 5-ə düşüb.

Qeyd edək ki, Sahib Məmmədov 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Sahib Məmmədov bu il avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. O, bu postda Səttar Möhbalıyevi əvəzləyib.