Sığorta müqaviləsi bu Qaydada müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydanın tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Sığorta müqaviləsi üzrə sığortaçıya ödənilən sığorta haqlarının ən çoxu 30 (otuz) faiz hissəsi sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlar da daxil olmaqla işlərin aparılması xərclərinə sərf edilə bilər.