Hansı hallarda sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməyəcəyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
Aşağıdakı hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz:
– məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda;
– sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlandığı halda həmin ərizədə tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduqda və ya ərizədə sığortalının verdiyi cavaba uyğun olaraq təminat verilmiş sığorta riski ilə hadisə arasında birbaşa səbəb əlaqəsi olmadıqda.
Sığorta müqaviləsi sığortalanma haqqında ərizə tələb edilməməklə bağlandığı halda, sığortaçı yuxarıda qeyd olunanlar nəzərə alınmaqla sığorta riskinin qiymətləndirilməsi ilə bağlı amilləri əsas gətirərək sığorta ödənişindən imtina edə bilməz.