Fransa polisi tərəfindən saxlanılan “Telegram” platformasının yaradıcı Pavel Durov keçmiş həyat yoldaşı İrina Bolqar tərəfindən İsveçrə məhkəməsinə verilib.
Heftelik.az-ın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, İrina Bolqar Durovu birgə nikahdan doğulan 2017-ci il təvəllüdlü övladını döyməkdə ittiham edib.
Bundan başqa, o, Durovun övladları üçün aylıq 150 min avro alimenti ödəməli olduğunu tələb edib.
Bununla yanaşı, İrina Bolqar deyib ki, “Telegram”ın sahibi artıq iki ildir övladları ilə görüşmür.
Qeyd edək ki, avqustun 24-də “Telegram” messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb. Parisə Bakıdan şəxsi təyyarəsi ilə rəfiqəsi və mühafizəçisiylə birgə gələn Pavel Durov Le-Burje aeroportunun eniş zolağında dərhal saxlanılıb.
Rusiya vətəndaşı olmuş Durov Fransa 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.