Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədr müavini Maqsud Şabiyev vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, M.Şabiyev ötən gün 54 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Şabiyev Maqsud Səxavət oğlu 1970-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.
Xatırladaq ki, M.Şabiyev Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər zamanı dairə seçki komissiyalarının iclaslarını müşahidə edəcək xüsusi icazəli şəxslərdən biri olub.