Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub.
Heftelik.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin məlumatında əksini tapıb.
Bu, 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur. Ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib. Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.
Xatırladaq ki, bu dövrdə Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3%, süd məhsulları üzrə 84%, yumura üzrə 102.2%, balıq və balıq məhsulları üzrə isə 75.4% olub.