Magistral neft kəmərləri obyektlərinin iş yerlərində DÜST 12.1.005-88-ə uyğun olaraq normallaşdırılmış (optimal və icazə verilən) hava parametrləri (temperatur, nisbi rütübət, havanın hərəkət sürəti) ilin dövrünə və iş kateqoriyasına görə müəyyənləşdirilir (yüngül I a, b; orta II a, b; ağır III).
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qaz təhlükəli işləri yerinə yetirmək üçün briqadaların tərkibi üç nəfərdən artıq olmamalıdır. Briqadanın hər bir üzvü fərdi mühafizə vasitələri, o cümlədən xüsusi geyim, ayaqqabı, alətlərlə, cihazlarla və köməkçi materiallarla təmin edilməlidir.