Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır. Sığortaçı Mülki Məcəlləyə uyğun olaraq, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən sığorta haqqının artırılması tələbi ilə çıxış edə bilər, bu şərtlə ki, sığorta müqaviləsinə dəyişikliklər barədə sığortalıdan razılığın alınması üçün azı 15 (on beş) günlük müddəti əhatə edən möhlətin verilməsini nəzərdə tutan rəsmi yazılı bildiriş sığortaçı tərəfindən sığortalıya təqdim edilmiş olsun.

Sığortalı göstərilən tələblə razılaşmadıqda və ya həmin tələblə bağlı sığortaçıya cavab vermədikdə, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Bu halda müqaviləyə xitam verilməsi ilə bağlı məsələlər bu Qaydanın 12-ci və 13-cü hissələrinə uyğun olaraq tənzimlənir.