Sığortalı və ya faydalanan şəxs vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı öz tələbetmə hüququndan imtina etdikdə, yaxud sığortalının və ya faydalanan şəxsin təqsiri nəticəsində belə hüququn həyata keçirilməsi mümkün olmadıqda, sığortaçı sığorta ödənişini tam həcmdə və ya müvafiq hissədə verməkdən azad edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.