Neftvurma stansiyasının istehsalat meydançalarına tüstü borularında qığılcımsöndürən olmayan nəqliyyat vasitələrinin girişi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Dəmir yollarının piyada keçidləri və yollarla kəsişmə yerlərində rels başlıqları ilə eyni səviyyədə döşəmə vurulmalı və həmçinin mühafizə çəpərləri tikilməlidir.