Fraxtedən gəmidən və gəmi heyəti üzvlərinin xidmətlərindən taym-çarterdə müəyyən edilmiş məqsədlərə və şərtlərə müvafiq olaraq istifadə etməyə borcludur.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Fraxt edilmiş gəminin və onun gəmi heyəti üzvlərinin xidmətlərindən istifadə nəticəsində əldə edilmiş gəlirlər, xilasetmədən əldə edilən və gəmi sahibi ilə fraxtedən arasında Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq olaraq bölüşdürülən gəlirlər istisna olmaqla, fraxtedənin mülkiyyətidir.