Fraxtın həcmi tərəflərin razılaşması ilə müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yük gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulandan artıq miqdarda vurulduqda, fraxtın miqdarı müvafiq olaraq artırılır. Gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün əvəzinə, daşınması üçün fraxtı daha yüksək olan digər yük vurulduqda, fraxt faktiki yüklənən yükün daşınmasına görə götürülür.