İlk tibbi yardımın vaxtında və keyfiyyətli aparılması üçün iş yerlərində nələrin olmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İlk tibbi yardımın vaxtında və keyfiyyətli aparılması üçün iş yerlərində aşağıdakılar olmalıdır:

– bütün istehsalat briqadaları, sexləri, şöbələri və s. üçün tibbi ləvazimat və dərman qutusu;

– müəssisənin (obyektin) ərazisində olan ilk tibbi yardım üçün tibbi ləvazimatlar və dərman qutusunun və həmçinin tibb məntəqəsinin yerini göstərən göstərici nişanlar olmalıdır;

– bədbəxt hadisə zamanı zərərçəkən şəxsə ilk tibbi yardım göstərilməsi qaydasını əks etdirən, gözəçarpan yerdən asılmış lövhələr;

– müəssisədə 1000 nəfərdən çox işçi olduqda sənaye-sanitariya laboratoriyası təşkil olunmalı, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilməlidir.