Kayut baqajının zədələnməsi aşkar göründükdə sərnişin gəmidən düşməzdən əvvəl və ya düşdüyü anda, o cümlədən digər baqajın zədələnməsi aşkar göründükdə baqaj verilməzdən əvvəl və ya verildiyi anda sərnişin daşıyıcıya və ya onun agentinə yazılı bildiriş verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Baqajın itirilməsi və ya zədələnməsi aşkar görünmədikdə sərnişinin gəmidən düşdüyü gündən və ya baqajın verildiyi gündən, yaxud baqajın təhvil verilməli olduğu andan etibarən 15 gün ərzində sərnişin daşıyıcıya və ya onun agentinə yazılı bildiriş verməlidir.
Sərnişin nəzərdə tutulmuş tələbi yerinə yetirmədikdə hesab olunur ki, əks hal sübuta yetirilməyibsə, sərnişin baqajını zədələnməmiş alıb.