Yükün qiyməti əmtəə birjasındakı qiymətindən, bu olmadıqda isə bazar qiymətindən, bunlar olmadıqda isə bu növ və bu keyfiyyətdə olan yükün adi qiymətindən hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Yükün itirilməsi və ya zədələnməsi üçün əvəzi ödənilən məbləğdən yükün itirilməsi və ya zədələnməsinə görə yük sahibinin ödəmədiyi yükün daşınma xərcləri (fraxt, rüsumlar və s.) tutulur.