Sərnişinin gəmi yola düşənədək, habelə səfər başlandıqdan sonra sərnişinlərin minməsi və ya düşməsi üçün gəminin daxil olduğu hər hansı bir məntəqədə dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək hüququ var.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Əgər sərnişin dənizlə sərnişin daşınması müqaviləsindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dənizlə sərnişin daşınması qaydaları ilə müəyyən edilmiş müddətdən gec olmayaraq imtina edibsə və ya gəmi səfərə çıxanadək xəstəlik nəticəsində gəmiyə gəlməyibsə, yaxud gəmi səfərə çıxanadək xəstəlik nəticəsində və ya daşıyıcıdan asılı olan səbəblərə görə dənizlə sərnişin daşınması müqaviləsindən imtina edibsə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır.