Şabranda yol qəzasında ölənlərin kimliyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 104-cü km-də, Şabran rayonunun Ağbaş kəndi ərazisində yük avtomobilinin körpüdən dəmir yolu relslərinin üzərinə düşməsi nəticəsində 2 nəfər ölüb.

Onlar Naxçıvan Muxtar Respublikasının sakinləri, avtomobilin sürücüsü 39 yaşlı Rəşid Əskərov və 18 yaşlı İnşallah Məhərrəmovdur. Onların qohum olduğu bildirilir.

***

saat 10.46

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Heftelik.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “DAF” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb.

Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.