Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.
Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilir. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, faydalanan şəxs və ya sığortalının vərəsələri Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ərizəsi ilə müraciət edə bilər.