“Telegram”ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Paris prokurorluğunun məlumatında qeyd edilib.
Pavel Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub. “Telegram”ın həmtəsisçisi Pavel Durov çərşənbə günü Parisdə ona qarşı irəli sürülən ittihamlardan birinə görə 10 ilədək həbs cəzası ala bilər. Söhbət cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatların aparılmasına imkan yaratmaq məqsədi ilə şəbəkə platformasının idarə edilməsində şəriklikdən (maksimum cəza 10 il həbs və 500 min avro məbləğində cərimə) gedir.
Qalan ittihamlar isə səlahiyyətli orqanlara qanuni prosedur çərçivəsində məlumatların ələ keçirilməsi imkanının verilməsindən imtina, uşaq pornoqrafiyası və narkotik vasitələrin yayılması da daxil olmaqla proqram təminatının təmin edilməsi kimi müxtəlif cinayətlərdə iştirak və fırıldaq kimi maddələrdən ibarətdir.