Türkiyəyə transfer olunan qadın voleybolçu evdə ölü tapılıb.
Heftelik.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Nilüfer Belediyespor”-un yeni transferi, Porto-Rikodan olan Pilar Marie Victoria Lopez məşqlərə gəlmədiyi üçün klub nümayəndələri onun qaldığı evə gediblər.
Evin qapısı çilingər yardımı ilə açılıb və evdə 29 yaşlı voleybolçunun cansız bədəni aşkarlanıb.
Ölümün səbəbi hələ məlum deyil.
Prokurorlu araşdırmaya başlayıb.
Qeyd edək ki, Pilar Marie Victoria Lopez dünən məşqdən fotosunu sosial şəbəkə hesabından paylaşıb.